17 
apr
2022
12:00
73

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Zaqatalada baş verən dəhşətli qətlin TƏFƏRRÜATI -FOTO -YENİLƏNİB

17 apr, 2022
12:00
973

Zaqatalada baş verən qətlin bəzi təffərruatları məlum olub.
Əri tərəfindən qətlə yetirilən Xavər  Həsənova (Hüşənova)  yaşadığı Yuxarı Çardaqlar kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyirdi.
Turkdunyasi.az -ın APA-ya istinadən məlumatına görə, qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiya dövlətinə işləməyə gedirdi. Onun bir müddət əvvəl Rusiyadan qayıtdığı bildirilir. Ailənin bir qız, bir oğlan olmaqla azyaşlı iki övladı var. Hadisə baş verən zaman uşaqlar ata babasıgildə olublar. Hadisənin qısqanclıq və ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Meyitlər müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisə aprelin 17-i gecə saatlarında rayonun Yuxarı Çardaqlar kəndində baş verib. Kənd sakini 37 yaşlı Qılman Qurban oğlu Həsənov münaqişə zəminində kəsici alətlə həyat yoldaşı 37 yaşlı Xavər Şamil qızı Həsənovanın boğaz nahiyəsini kəsərək qətlə yetirib. Daha sonra Qılman Həsənov özünün boğaz nahiyəsini kəsərək intihar edib.
 
09:51
 
Xəbərə hadisə yerindən çəkilən fotolar əlavə edilib.

09:37
 
Zaqatala rayonunda iki nəfər qətlə yetirilib.
Turkdunyasi.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb.
Məlumata görə, bir qadın və bir kişi öldürülüb. Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır. Hadisə ilə bağlı əlavə məlumat veriləcə
Zaqatalada baş verən dəhşətli qətlin TƏFƏRRÜATI  -FOTO  -YENİLƏNİBZaqatalada baş verən dəhşətli qətlin TƏFƏRRÜATI  -FOTO  -YENİLƏNİBZaqatalada baş verən dəhşətli qətlin TƏFƏRRÜATI  -FOTO  -YENİLƏNİBZaqatalada baş verən dəhşətli qətlin TƏFƏRRÜATI  -FOTO  -YENİLƏNİBZaqatalada baş verən dəhşətli qətlin TƏFƏRRÜATI  -FOTO  -YENİLƏNİB

Bizimlə əlaqə saxlayın