24 
apr
2023
08:30
77

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakı-Qazax yolunda avtomobil qəzası olub, xəsarət alanlar var

24 apr, 2023
08:30
977

Bakı-Qazax-Gürcüstan magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, 2 minik avtomobilinin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Bayramova Nişanə Zeynalabdı qızı, 1963-cü il təvəllüdlü Hüseynova Tamam Ağaverdi qızı və 2001-ci il təvəllüdlü Qasımov Fərid Səmid oğlu müxtəlif bədən xəsarətləri alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın