24 
apr
2023
09:30
84

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Göygöl rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların adları açıqlandı - YENİLƏNİB

24 apr, 2023
09:30
884

Bakı-Qazax-Gürcüstan magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 3 nəfərin adları açıqlanıb.
“Report” xəbər verir ki, 2 minik avtomobilinin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Nişanə Zeynalabdı qızı Bayramova, 1963-cü il təvəllüdlü Tamam Ağaverdi qızı Hüseynova və 2001-ci il təvəllüdlü Fərid Səmid oğlu Qasımov müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi olaraq qiymətləndirilir.
Araşdırmalar davam etdirilir. 
08:43
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın