20 
may
2023
17:40
83

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda keçmiş məhkum quldurluq etdi - ANBAAN VİDEO

20 may, 2023
17:40
1183

Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Bu barədə DİN-dən bildirilib.
Naməlum şəxs Q.Qarayev, 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb. Onun barəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Elsevər Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın