21 
may
2023
19:30
78

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda azyaşlı su quyusuna düşərək həyatını itirdi

21 may, 2023
19:30
978

Şüvəlanda azyaşlı quyuya düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2022-ci il təvəllüdlü azyaşlı vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2 metr, həcmi 8 kubmetr olan yeraltı su anbarına düşüb.
FHN-in qüvvələri tərəfindən xüsusi vasitələrlə azyaşlının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın