14 
iyn
2023
16:30
70

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ucarda məzun qəza törədib, xəsarət alanlar var - FOTO

14 iyn, 2023
16:30
1370

Ucarda məzun idarə etdiyi avtomobillə qəza törədib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Rayonun Qazyan kənd məktəbinin məzunu, 2006-cı il təvəllüdlü Nüsrət Müğdət oğlu Qasımovun idarə etdiyi VAZ-2115 markalı minik maşını ilə Zərdab rayon sakininin idarə etdiyi “Mercedes” markalı maşın toqquşub.
Nəticədə sürücü, N.Qasımov, onun sərnişini, 2002-cı il təvəllüdlü Sənan Ələsgər oğlu Bağırov və digər avtomobildə olan sərnişin, Zərdab rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə Saleh qızı Zeynalova müxtəlif xəsarətlər alıblar. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 
Faktla bağlı araşdırma aparılır.






Bizimlə əlaqə saxlayın