E-mail: [email protected]
Tovuzda ana doğuşdan sonra öldü
Tovuzda qadın doğuşdan sonra ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.
Kənd sakini 21 yaşlı Aygün Nəcəfova Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Lazımı tibbi proseslərdən sonra qeysəriyyə üsulu ilə əməliyyata götürülüb.
Mama-ginekoloq Xatirə Quliyevanın iştirak etdiyi əməliyyat prosesi uğurlu həyata keçirilib və 2800 qram çəkidə cinsi kişi olan körpə dünyaya gəlib. Həkim daha sonra xəstənin yaxınlarına körpə və ananın vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Bir neçə saatdan sonra ananın dünyasını dəyişməsi barədə ailəyə məlumat verilib.
TƏBİB-dən bildirilib ki, 14.06.2023-cü il tarixində saat 22:00 radələrində qeysəriyyə kəsiyi əməliyyatı fəsadsız baş tutub. 15.06.2023-cü il tarixində pasiyentin təkrar analiz nəticələrində dəyişikliklər aşkar olunub və ona HELLP sindromu diaqnozu qoyulub. Aparılan adekvat tədbirlərə baxmayaraq, zahı qadında ağciyər, ürək çatışmazlığı baş verib və 19:28 radələrində bioloji ölüm qeydə alınıb. Aygün Nəcəfovanın dünyaya gətirdiyi körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.