16 
iyn
2023
13:00
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Narkotik vasitənin təsiri altında TIR idarə edən şəxs həbs edilib - FOTO

16 iyn, 2023
13:00
963

Narkotik vasitənin təsiri altında TIR idarə edən şəxs həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Lənkəran şəhəri Ləvəngi dairəsi yaxınlığında hərəkətdə olan DAF markalı yük avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün Lənkəran Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına şübhələr yarandığı üçün ondan müvafiq müayinədən keçməsi tələb edilib. Lakin sürücü, Lənkəran rayon sakini Orxan Ağazadə polis əməkdaşının qanuni tələbinə məhəl qoymadan nəqliyyat vasitəsini yüksək sürətlə, digər hərəkət iştirakçılarına təhlükə yaratmaqla idarə edərək oradan uzaqlaşsa da, bir qədər sonra saxlanılaraq müvafiq müayinədən keçirilməsi təmin edilib.
Onun psixotrop maddə istifadə etdiyi müəyyən olunub. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə O.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs edilməklə 400 manat cərimə olunub.

Bizimlə əlaqə saxlayın