18 
iyn
2023
10:30
68

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəkidə evdə baş verən partlayışda xəsarət alan azyaşlılar ölüblər

18 iyn, 2023
10:30
968

Şəkidə qaz sızması səbəbində evdə baş verən partlayışda ağır xəsarət alan azyaşlılar dünyasını dəyişib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə zamanı ağır xəsarət alan 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəznindəki Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyişiblər.
Ona qeyd edək ki, azyaşlıların anası 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova isə Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəznindəki Yanıq Mərkəzinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, ötən gün Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb.

Bizimlə əlaqə saxlayın