19 
iyn
2023
09:30
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Paytaxtda doqquz avtomobil toqquşub: Xəsarət alanlar var - FOTO

19 iyn, 2023
09:30
1369

Bakının Nərimanov rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, sürücülərin verdiyi məlumata görə, prospektin “Koroğlu” metro stansiyası istiqamətinə gedən hissəsində tuneldə iki avtomobil toqquşub.
Daha sonra 7 avtomobil ardıcıl zəncirvari şəkildə biri-birinə dəyib.
Qəza zamanı “Opel” markalı maşının sərnişini və BYD markalı avtomobilin sürücüsü Balakişi Hüseynov ağır bədən xəsarətləri alıb. Əraziyə təcili tibbi yardım maşını gəlib. Yaralılar xəstəxanaya çatdırılıb.
Bu vaxt prospektdə hər üç zolaqda qəzaya uğramış avtomobillər olduğundan tıxac yaranıb.
Əraziyə Yol Patrul Xidmətinin və Post Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər.

Bizimlə əlaqə saxlayın

Bizi Telegram-da oxuyun. Azərbaycanın 

Bizimlə əlaqə saxlayın