19 
iyn
2023
09:00
89

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Biləsuvarda keçmiş polisi qətlə yetirən şəxs TUTULDU - YENİLƏNİB

19 iyn, 2023
09:00
889

İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov polis əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Cəbrayıl Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
00:23
İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Məlumata görə, münaqişə qonşular arasında baş verib.
B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.
Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın