20 
iyn
2023
11:35
47

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Cəlilabadda avtomobil səkkiz yaşlı uşağı vuraraq ağır xəsarət yetirib

20 iyn, 2023
11:35
747

Cəlilabad şəhərinin Ü.Hacıbəyov küçəsində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, yolu keçən 2015-ci il təvəllüdlü Ramazan Vüqar oğlu Ərəblini avtomobil vurub.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş beyinin zədələnməsi və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın