21 
iyn
2023
09:10
64

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda çayxanada dava: Müştəri bıçaqlandı - YENİLƏNİB

21 iyn, 2023
09:10
1164

Bakıda çay evində bıçaqlanmanın bəzi detalları bəlli olub.
APA xəbər verir ki, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən çay evinin icarədarı Hüseyn Baratov obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayevlə mübahisə edib. Mübahisə zamanı Hüseyn Baratov bıçaqla Cavid Quliyevə xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb.
09:08
Bakının Nəsimi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.
Belə ki, çayxanada müştərilər arasında dava düşüb.
Hadisə zamanı 1993-cü il təvəllüdlü Cavid Vahid oğlu Quliyev və 1991-ci il təvəllüdlü Kamil İsmayıl oğlu Ağayev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın