26 
iyn
2023
13:00
68

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Dəhşətli qəzada ölən 6 nəfərin adları açıqlandı

26 iyn, 2023
13:00
968

Naxçıvanda altı nəfərin həlak olduğu dəhşəti yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi açılıb. 
Naxçıvan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb və müvafiq ekspertizalar təyin olunub.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Naxçıvan Mərkəzi Xəstəxanasından oxu.az-a bildirilib ki, hazırda xəstəxanada altı yaralı var:
“Yaralılardan dördü Reanimasiya, ikisi isə Travmatologiya şöbəsindədir.
Reanimasiyada olan 1992-ci il təvəllüdlü Cəlil Musa oğlu Əliyev, 2018-ci il təvəllüdlü Xanlar Torğul oğlu Sultanov, 2014-cü il təvəllüdlü Fərid Fariz oğlu Sultanlı, 2013-cü il təvəllüdlü Fəridə Fariz qızı Sultanovanın vəziyyəti ağırdır. Daxili qanaxmaları var.
Travmatologiya şöbəsində olan 1994-cü il təvəllüdlü Elmira Əlirza qızı Sultanova, 2003-cü il təvəllüdlü Zəhra Fərman qızı Cəfərovanın travmaları yüngüldür. Sınıqları var”.
Qeyd olunub ki, qəzadan ağır vəziyyətdə xəstəxanaya gətirilən beş nəfərin isə həyatlarını qurtarmaq mümkün olmayıb:
“1963-cü il təvəllüdlü Sahiyə Əsəd qızı Cəfərova, 2020-ci il təvəllüdlü Fateh Fariz oğlu Sultanov, 1996-cı il təvəllüdlü Amin Akif oğlu Oruclu, 2000-ci il təvəllüdlü Hikmət Rövşən oğlu Əlizadə, 1973-cü il təvəllüdlü Xanlar Şamil oğlu Sultanov həkimlərin səyinə rəğmən, xəstəxanada vəfat ediblər. Digər bir nəfər isə hadisə yerində dünyasını dəyişib. Hazırda morqdadır”. 

Bizimlə əlaqə saxlayın