iyl
2023
09:00
66

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sumqayıtda qəza zamanı 6 nəfər xəsarət alıb

2 iyl, 2023
09:00
1166

Sumqayıtda gecə saatlarında bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 6 nəfər - 1985-ci il təvəllüdlü Mirzə Dadaşov, 1969-cu il təvəllüdlü Nuridə Cabbarova, 1992-ci il təvəllüdlü Ləman Məmmədova, 1966-cı il təvəllüdlü Xaləddin Məmmədov, 2016-cı il təvəllüdlü Oktay Məmmədov, 1995-ci il təvəllüdlü Şəbnəm Quliyeva ağır xəsarətlərlə Sumqayıt şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Mirzə Dadaşov “Toyota Prius” markalı avtomobilin sürücüsüdür.
Hadisə 11-ci mikrorayonla 42-ci məhəllənin kəsişməsində qeydə alınıb. Nəqliyyat vasitələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-in xilasediciləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın