iyl
2023
10:00
47

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İsmayıllıda 52 yaşlı kişi kürəyindən bıçaqlanıb

8 iyl, 2023
10:00
1347

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, İsmayıllı rayon sakini, 1971-ci il təvəllüdlü Cəmşid Rəşid oğlu Abdurzaqov kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə gələn polis əməkdaşları müəyyən ediblər ki, Cəmşid Abdurzaqov əmisi qızının qeyri-rəsmi yaşadığı, Yevlax rayon sakini Yunis adlı şəxs tərəfindən qısqanclıq zəminində aralarında baş verən münaqişə zamanı bıçaqlanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxs qaçıb, onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın