15 
iyl
2023
11:40
64

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qəbələdə ağır QƏZA: Ölənlər var - YENİLƏNİB + FOTO/VİDEO

15 iyl, 2023
11:40
764

Daxili İşlər Nazirliyi (DİN) Qəbələdə baş verən dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
09:16
Qəbələ rayonunun Nohurqışlaq kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, VAZ-2106 və VAZ-2101 markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü - 1966-cı il təvəllüdlü Akif Qara oğlu Abdurrəhmanov və 1988-ci il təvəllüdlü Anar Vüqar oğlu Nəsrullayev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın