16 
iyl
2023
11:00
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Kürdəmirdə qəza: Xəsarət alanlar var - FOTO

16 iyl, 2023
11:00
1159

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, hadisə zamanı iki VAZ 2107 markalı avtomobilin sürücüləri rayonun Ərşəli kənd sakini 1962-ci il təvəllüdlü Mübariz Özbək oğlu Məmmədov və rayonun Xınıslı kənd sakini 61 yaşlı Nizami Dədəxan oğlu Məmmədov idarəetməni itiriblər və nəqliyyat vasitələri toqquşub.
Nəticədə sürücü 1962-ci il təvəllüdlü Mübariz Özbək oğlu Məmmədov və sərnişin 1992-ci il təvəllüdlü Aygün Yusif qızı Əliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.






Bizimlə əlaqə saxlayın