20 
iyl
2023
10:50
57

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda dəhşətli hadisə: Oyun oynayan azyaşlı qardaşların başından qaynar su töküldü - FOTO

20 iyl, 2023
10:50
1157

İyulun 2-də İsmayıllı rayonunda yaşayan ailə dəhşətli hadisə ilə üzləşib.
Bu barədə Oxu.Az-a Məmmədli Rafiq məlumat verib.
O qeyd edib ki, iki övladı birdən ağır yanıq xəsarətləri alıb:
“Mətbəxdə qaz plitəsinin üzərində su qaynadırdıq. Bu zaman bizim xəbərimiz olmadan 2019-cu il təvəllüdlü oğlum Natiq Məmmədli və 2021-ci il təvəllüdlü oğlum Hüseyn Məmmədli qaz plitəsinin altında yerləşən elektrik sobasının qapağını açıb-bağlayaraq oyun oynamağa başlayıblar. Qapaqla oynayarkən qaz plitəsinin üstündəki qaynar su dolu qab sürüşərək uşaqların üzərinə aşıb. Nəticədə hər iki oğlum dəhşətli formada ağır yanıq xəsarətləri alıblar. Biz təcili yardım maşını ilə Bakıya gəldik. Bakıda xəstəxanalardan birində 17 gündür qalırıq. Onun 8 günü reanimasiyada keçib. Özüm avtoyumada işləyirəm. 600 manat maaş alıram. Həyat yoldaşım isə evdar qadındır. Bizim bu ağır sınaqdan təkbaşına çıxmağımız mümkün deyil. Həkimlər bizə övladlarımızın müalicəsi üçün 4 min manat lazım olduğunu bildiriblər. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (077) 571-32-62 (Məmmədli Rafiq)

Bizimlə əlaqə saxlayın

Bizimlə əlaqə saxlayın