21 
iyl
2023
16:25
39

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda market işçisini kəsici alətlə hədələyib, ətir oğurladılar

21 iyl, 2023
16:25
1639

Bakıda quldurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 20-də saat 18 radələrində M.Xiyabani küçəsində yerləşən marketlərin birində işçini kəsici alətlə hədələyərək quldurluq yolu ilə oradan ətriyyat məhsulları talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Əzimzadə, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar Anar İmamquliyev və İlkin Mehrabov saxlanılıblar.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın