22 
iyl
2023
13:00

54
yuxarı
Xaçmazda dəniz sahilində kişi meyiti tapılıb

22 iyl, 2023
13:00
1154
Xəzər dənizinin Xaçmaz rayonu Niyazoba kəndinin sahilində kişi meyiti aşkarlanıb.
“Report”un Şimal bürosunun məlumatına görə, araşdırmalar zamanı onun Xaçmaz şəhər sakini, 1982-ci il təvəllüdlü Asif Balakişi oğlu Ağayev olduğu müəyyənləşib.
Kənd sakinlərinin sözlərinə görə, A.Ağayev ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.