29 
iyl
2023
12:00
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Naxçıvanda minik avtomobili yanıb - VİDEO

29 iyl, 2023
12:00
859

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qaraağac kəndi ərazisində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Volqa” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar yanıb, avtomobil yanğından mühafizə olunub.



Bizimlə əlaqə saxlayın