21 
apr
2022
11:10
101

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"İçərişəhər" metrosunun yanında KÜTLƏVİ DAVA: saxlanılanlar var

21 apr, 2022
11:10
11101

Bakıda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 19-da saat 20 radələrində metronun “İçəri şəhər” stansiyasının yaxınlığında bir qrup gənc Bakı şəhər sakinləri E.Bağırov və V.Xanlarovu döyərək, E.Bağırovun mobil telefonunu alıblar. Bu barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynli, A.Abbasov, Sabirabad rayon sakinləri A.Şirinov, C.Qasımov, Şəki rayon sakini F.Hüseynli müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın