avq
2023
12:30
73

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Kürdəmirdə “Ford Transit” “KamAZ”a çırpılıb, ölən və yaralanan var - FOTO/VİDEO

6 avq, 2023
12:30
1273

Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Turkdunyasi.az" ​report-a istinadən ​​​xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, içi pomidorla dolu olan “Ford Transit” markalı yük avtomobili Ucar istiqamətində hərəkətdə olarkən qarşısında olan Bərdə rayon sakini, Qurbanzadə Aminin idarə etdiyi və yük yerində mişar daşı ilə dolu olan “KamAZ”a çırpılıb.
Nəticədə “Ford Transit”dəki iki nəfər - Gəncə şəhər sakinləri, sürücü 39 yaşlı İsgəndərov Ramin Akif oğlu və onun sərnişini Heydərov Ramin Sabit oğlu ağır bədən xəsarətləri alıblar.
Ağır bədən xəsarəti almış Gəncə sakini Ramin Heydərov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.









Bizimlə əlaqə saxlayın