avq
2023
10:00
72

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Kürdəmirdə “Niva” aşıb, xəsarət alanlar var

6 avq, 2023
10:00
1172

Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var.
Turkdunyasi.az “Report"-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Şahbəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Niva” markalı avtomobilin sürücüsü, rayonun Qarasu kənd sakini 51 yaşlı Azər Ətir oğlu İbrahimov həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü Azər İbrahimov və onun sərnişini 29 yaşlı Məmmədkərim Azər oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər. Hazırda faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın