E-mail: [email protected]
Sabirabadda itkin düşən 16 yaşlı oğlanın meyiti tapıldı
Sabirabadda itkin düşən gəncin meyiti Kür çayının sahilində tapılıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional bölməsinin baş müfəttişliyi polis kapitanı Nizam Həmidov deyib.
Bildirilib ki, avqust ayının 8-də Sabirabad Rayon Polis Şöbəsinə və Qaragüney Polis Bölməsinin rayonun Muğanlı Gəncə kənd sakini, 2007-ci il üzərinə Rafət Məlikzad nin itkin düşməsi barədə məlumat daxil olub. Onun Kür çayı qırağında heyvanları otarmaq üçün getdiyi, lakin geri qayıtmadığı. Çayın kənarında ona məxsus paltarlar aşkarlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində R.Məlikzadənin cəsədi bu gün səhər saatlarında Kür çayının Muğan Gəncəli kəndi ərazisindən keçən sahilindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib .