15 
avq
2023
09:00
92

Tel:+99450 352 82 91
E-mail: [email protected]

TƏBİB-dən “Nikosayağı”nın düşdüyü qəza ilə bağlı açıqlama

15 avq, 2023
09:00
1892

Bakıda ağır yol qəzasında xəsarət alan və amputasiya diaqnozu qoyulan blogger Nicat Şakirliyə tibbi tibbi xidmətlər göstərilir. 
Bu barədə  "Yeni Sabah" a  TƏBİB-dən bildirilib:
Belə ki, saat 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olub. 
Hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiya diaqnozu ilə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunub. hazırda onlara zəruri tibbi xidmətlər göstərilir. 
Qəza nəticəsində 1 həkiməqədər ölüm qeydə alınıb. 
Qeyd etmək lazımdır ki, hadisə nəticəsində xəsarət alan Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir. 

Bizimlə əlaqə saxlayın