19 
avq
2023
10:30
71

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəkidə ağır qəzada həlak olanların şəxsiyyəti müəyyənləşib

19 avq, 2023
10:30
571

Şəkidə ağır yol-nəqliyyat hadisəsində həlak olan bir ailənin dörd üzvünün şəxsiyyəti məlum olub.
APA xəbər verir ki, ata, 1989-cu il təvəllüdlü Nicat Namiq oğlu Mirzəyev və üç övladı - 2012-ci il təvəllüdlü Nuray Mirzəyeva, 2013-cü il təvəllüdlü Aysun Mirzəyeva və 2021-ci il təvəllüdlü Uğuz Mirzəyev aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər, ana, 1992-ci il təvəllüdlü Qızxanım Nurəddin qızı Mirzəyeva isə ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes-Benz” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Bizimlə əlaqə saxlayın