20 
avq
2023
10:20
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

SON DƏQİQƏ: Kişi ailəsi ilə savaşıb evə od vurdu - YARALILAR var

20 avq, 2023
10:20
763

Turkdunyasi.az Lent.az-a istinadla xəbər verir ki,Abşeronda kişi yaşadığı evdə yanğın törədib.


Hadisə gecə saatlarında Xırdalan şəhərində baş verib. 52 yaşlı şəhər sakini Ş.Məmmədov ilə ailə üzvləri arasında mübahisə yaranıb. Bu zaman sərxoş vəziyyətdə olan Ş.Məmmədov içində benzin olan plastik çəlləyi həyətdən evə gətirib və dəhlizə tökərək yandırıb.
Nəticədə özü müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xanımı S.Məmmədova isə tüstüdən zəhərlənib. Hər iki şəxs qeyd olunan diaqnozlarla xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın