E-mail: [email protected]
İntihar edən hakimin icraatında 84 cinayət işi olub
Bir neçə gün əvvəl intihar edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun icraatında 84 cinayət işi olub.
Demokrat.az xəbər verir ki, o, sonuncu işlərini avqustun 31-nə təyin edib. Həmin gün intihar edən hakim 9 cinayət işi araşdırmalı olacaqmış. Həmin cinayətlərdən biri bıçaqlanma hadisəsi ilə bağlı olan iş olub. Digər 8 cinayət işi isə narkotiklərlə bağlı olub.
Rahib Salmanov intihar etməmişdən əvvəl sentyabrın 4-nə 15, sentyabrın 7-nə 10, sentyabrın 11-nə 17, sentyabrın 14-nə 7, sentyabrın 18-nə 8, sentyabrın 21-nə 8, sentyabrın 25-nə 2, sentyabrın 28-nə 3, noyabrın 2-nə 6, noyabrın 5-nə isə 1 cinayət işi üzrə məhkəmə iclası təyin edib.
Qeyd edək ki, intihar edən hakimin araşdırdığı cinayətlərdən 2 icraatda rüşvət verməyə təhrik etmə, 4 icraatda dələduzluq, 2 icraatda mənimsəmə, 1 icraatda qətl, 5 icraatda isə qəsdən sağlamlığa xəsarət yetirmə ilə bağlı cinayət işləri olub.
Digər cinayət işləri isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.
Qanunverciliyə görə, bu cinayət işləri digər hakimlərin icraatına verilməsi üçün qərar qəbul olunacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Rahib Salmanov avqustun 28-də müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq həyatına son qoyub.
Hazırda bu iş üzrə Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.