30 
avq
2023
13:00
65
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Gəncədə baş verən dəhşətli qətlin təfərrüatı - VİDEO
30 avq, 2023
13:00
1165
Gəncə şəhər Nizami rayonunun sakinlərindən biri şəhərin Baş Polis İdarəsinə zəng edərək yaşadığı ünvanda qətl törətdiyi barədə məlumat verib və könüllü olaraq polisə təslim olmağa istədiyini bildirib.
Dərhal rayonun Gəncəvi küçəsi, 211 ünvanına yollanan əməliyyat qrupu həyətə girərkən ətrafda çoxlu qan izləri aşkar edib.
Hadisənin motivindən xəbərsiz olan polisin ilk işi hadisəni törətdiyini etiraf edərək həmin ünvanda onları gözləyən şəxsin kimliyini müəyyənləşdirmək olub və müəyyən edilib ki, həmin ünvanda iki bacısı və nənəsi ilə yaşayan 1997-ci il təvəllüdlü Şahlar Əliyev, qətlə yetirilən şəxs isə Gəncə sakini 1995-ci il təvəllüdlü İmaməddin Hacıyevdir. Onun boğazı kəsilmiş vəziyyətdə olan meyiti isə həyətdə əşyalar yığılan yerdə aşkar olunub.
Şahlar ilkin ifadəsi zamanı İmaməddini bacısı ilə qeyri-rəsmi münasibətdə olduğu üçün qətlə yetirdiyini deyib.
Qətlə yetirilən şəxslə Şahların bacısının münasibətlərinə gəlincə isə, bu, bir müddət əvvələ təsadüf edir. Münasibətlərini daha da isti etmək istəyən cütlük Şahların icazəsi ilə evdə görüşüblər. Gecə saat 02:00-dək söhbətləşib çay içiblər. İmaməddin əvvəlcədən evinə gedəcəyini bildirsə də, Şahları yuxuya verəndən sonra fikrindən daşınıb.
Gecə saat 4 radələrində qəfil səsə oyanan Şahlar gözü ilə gördüyünə inanmayıb: Bacısının və İmaməddinin əyinlərində yalnız alt paltarları olub.
Şahlar bacısı ilə İmaməddini məlum vəziyyətdə görəndən sonra onların əxlaqsızlıq etdiyini düşünüb və İmaməddini öldürmək qərarına gəlib. Bir müddət əvvəl İmaməddinin ona bağışladığı bıçağı ehmalca yastığının altından götürərək qəfil onun üstünə atılıb.
İmaməddinin boğaz nahiyəsinə daha bir neçə xəsarət yetirən Şahlar növbəti zərbəni başından vurmaq istəyərkən bıçağın tiyəsi qatlanaraq öz əlini kəsib. İmaməddinin aldığı xəsarətlərdən keçindiyinə əmin olan Şahlar onu sürüyərək həyətə apararkən bacısı yuxudan oyanıb və qışqırmağa başlayıb. Məhz bundan sonra onun digər bacısı və nənəsi hadisədən xəbər tutublar.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahlar Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: