1 
sen
2023
10:50

29

yuxarı
16 yaşlı oğlan qəza törədib qaçdı - Ölən var

1 sen, 2023
10:50
729
Sabirabadda sürücülük hüququ olmayan 16 yaşlı oğlan ağır qəza törədib.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 03 radələrində 2007-ci il təvəllüdlü K.N. “Ford Transit” markalı yük avtomobili ilə piyadanı vurub.
Sürücülük hüququ olmayan yeniyetmənin maşınla vurduğu 1957-ci il təvəllüdlü piyada, Sabirabad rayon sakini Qurbanəli İsmayıl oğlu Məhərrəmov hadisə yerində ölüb.
Qəzadan sonra K.N. yük maşını ilə birgə hadisə yerindən qaçıb.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb.