sen
2023
09:50
73

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıya məktəb paltarı almağa gələn ailə qəzaya düşdü: Ata və oğul öldülər - YENİLƏNİB

1 sen, 2023
09:50
1373

Bu gün səhər saatlarında Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsində yaralananların sayı yeddiyə çatıb.


“Report”un Şimal bürosunun məlumatına görə, onlar Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

10:08

Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər xəsarət alıb.

Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 37 yaşlı Samit Əmirov və onun üç yaşlı övladı Elnur Əmirlidir.

Xəsarət alanlar xəstəxanaya aparılıblar.

Avtomobillərdən birində olan ailə övladına məktəb paltarları almaq üçün Bakı şəhərinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın