sen
2023
10:30
117

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bıçaqlanma hadisəsi YAP Xaçmaz rayon təşkilatı sədrinin oğluna məxsus “Çoban Bulaq”da baş verib – CƏMİL MƏMMƏDLİNİN ÜZÜNƏ KİM DURUB?

3 sen, 2023
10:30
11117

Məlum olduğu kimi, 2023-cü ilin avqust ayının 24-də Xaçmaz rayon prokurorluğundan “Report”a verilən məlumatda bildirilirdi ki, 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində aralarında yaranmış mübahisə zamanı 2003-cü il təvəllüdlü Zalikə Bəşirova adlı qadına bıçaqla xəsarətlər yetirdiyinə, onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zalikə Bəşirovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Sakit Muxtarov prokurroluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub və İbtidai istintaqa təhvil verilib.
Məsələ ilə bağlı apardığımız araşdırmalardan məlum olub ki, mediada adı çəkilməyən istirahət mərkəzi YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşova məxsus “Çoban Bulaq” istirahət mərkəzində baş verir.
Qeyd edilən istirahət mərkəzi dövlət məmurlarının və böyük iş adamlarının daimi ziyarət etdikləri məkan kimi tanınır. Bakunew-in rayon əhalisi arasında apardığı sorğu nəticəsində məlum olub ki, bölgədə ən bahalı restoran olan “Çoban Bulaq” istirahət mərkəzi Akif Çovdarovun da sevimli məkanları siyahısındadır.
Bu məkana 2022-ci ildə Xaçmazın icra başçısının Şimal jurnalistlərinin təltif edilməsi ilə əlaqədar verilən qonaqlıqda başçı iştirak etməsə də, qonaqları həmin məkanda olub. Həmçinin jurnalistlərə süfrə açılan zamanı keçmiş MTN-nin generalı Akif Çovdarov da həmin məkanda bir qrup yaxınları ilə yemək-içməkdə olub. Restoran sizin düşündüyünüz qədər də sadə vətəndaşların rahat şəkildə istirahət edə biləcəyi yerlərdən deyil. Bu məkanın fəaliyyəti məhz oliqarxların istirahət yeri kimi tanınmaqdadır.
Belə ki, C. Balaqadaşov şimal bölgəsində fəaliyyət göstərən və hal-hazırda həbsdə olan araşdırmaçı jurnalist Cəmil Məmmədliyə qarşı qaldırılan ittihamlarda zərərçəkmiş qismində çıxış edənlərdən biridir. Bu şəxsin bildirdiyinə görə Cəmil Məmmədliyə qarşı ifadəsi olan səs yazıları da youtube platformasında yüksək izləyici auditoriyasına malik olmuşdur. Həmin səs yazılarında Cavid Balaqadaşov Cəmil Məmmədli barəsində pul verməsi ilə bağlı qeyd edilən məlumatları təkzib edib. İstintaq materialında olan ifadənin yalan olmasını isə söyüşlərlə təsdiq etməyə çalışır. Lakin bu səs yazılarının ictimailəşməsindən sonra, C.Məmmədli istintaq gedişatına maneə yaratması əsas gətirilərək qətiimkan tədbiri barəsində dəyişdirilimişdir.

Bizimlə əlaqə saxlayın