15 
sen
2023
09:02

21

yuxarı
Gəncədə QƏZA: Xəsarət alan var

15 sen, 2023
09:02
1121
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Turkdunyasi.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes-Benz” və “Volkswagen” markalı 2 minik avtomobili toqquşub, bir nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.