15 
sen
2023
08:50
77

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Suraxanıda motosikletçi qəzaya uğrayaraq ağır yaralanıb

15 sen, 2023
08:50
1177

Bakının Suraxanı rayonunda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanıb.
“Report” xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Azər Babək oğlu Əliyev idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın