17 
sen
2023
10:00
137

Tel:+99450 352 82 91
E-mail: [email protected]

FHN Hacıqabuldakı ağır qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB + FOTO

17 sen, 2023
10:00
11137

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes-Benz” və “Kia” markalı iki avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
09:25
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib.
“KIA” markalı minik avtomobilinin yük maşını (TIR) ilə toqquşması nəticəsində iki nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın