17 
sen
2023
09:50
35

Bakıda yaşayış binasında yanğın olub

17 sen, 2023
09:50
535

Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Belə ki, paytaxtın Binəqədi rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxtada quraşdırılan 6 ədəd su sayğacı və plastik kommunikasiya xətləri yanıb, yüksək temperaturdan mənzillərin 6 ədəd plastikdən ibarət şaxta qapıları deformasiyaya uğrayıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın