24 
mar
2022
14:21
108

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İsmayıllı sakini çayda boğuldu

24 mar, 2022
14:21
5108

İsmayıllı rayon sakini çayda boğularaq ölüb.
 
RİATV.az-ın məlumatına görə, hadisə rayonun Aşıqbayramlı kəndində qeydə alınıb.
 
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Vaqif Böyükağa oğlu Zahidov ehtiyatsızlıqdan yaşadığı evin yaxınlığından keçən kiçik dağ çayına düşüb. Çaya yıxılan V.Zahidov köməksiz vəziyyətdə qalıb və boğularaq ölüb.
 
Onun cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar.
 
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın