E-mail: [email protected]
Azərbaycanlı kişi arvadını belə öldürdü/Video
Artıq bir neçə gündür "trend"ə çevrilən kişilərin boşandığı, boşanmaq üzrə olduğu arvadını öldürməsi halı yenə təkrarlanıb. Analoji hal bu dəfə ölkə hüdudlarını aşaraq, Türkiyədə qeydə alınıb. Belə ki, azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyərək öldürüb.
Türkiyə KİV-ləri xəbər verir ki, hadisə ötən gün Trabzonun Ortahisar rayonundan qeydə alınıb.
Bildirilib ki, 34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə boşanmaq üzrə olub. Qadının uzun müddətdir uşaqları atasına göstərməməsi cütlük arasındakı gərginliyi pik həddə çatdırıb.
Bununla razılaşmayan ata Elvin Umayev özü ilə gətirdiyi tapança ilə aravadını başından güllələyib. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
E.Umayev könüllü olaraq polisə təslim olub.
E. Umayevin əvvəllər Azərbaycanda məhkumluq həyatı yaşadığı bildirilir.