13 
okt
2023
14:00
53

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Oğurladığı avtomobillə qəzaya düşən şəxs öldü

13 okt, 2023
14:00
953

Xaçmaz-Niyazoba avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Ramil Həsən oğlu Balamirzəyev Xaçmaz rayonu ərazisində oğurladığı VAZ-2114 markalı minik avtomobili ilə hərəkətdə olarkən yol kənarında dayanan “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində R.Balamirzəyev hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın