10 
noy
2023
14:30
65

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şabranda hotel işçiləri qəzaya düşdülər: Xəsarət alanlar var

10 noy, 2023
14:30
1165

Şabran rayonunun Pirəbədil kəndi ərazisində hotel işçiləri qəzaya düşüblər.
“Report”un məlumatına görə, VAZ-2106 və “Nissan X-Trail” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şabrandakı hotellərdən birinin işçiləri - 1992-ci il təvəllüdlü Əlisahib Mirzə oğlu Zeynalov, Cəmil Əşrəf oğlu Vəliyev, 2004-cü il təvəllüdlü Elmir Vüsal oğlu Sərdarov, 2007-ci il təvəllüdlü Cavad Həbib oğlu Zeynalov və 1988-ci il təvəllüdlü Elxan Pirverdi oğlu Haşımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın