19 
noy
2023
11:00

33

yuxarı
Bakıda 40 yaşlı qadını avtomobil vurub

19 noy, 2023
11:00
1333
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məlahət Rizvan qızı Qasımovanı vurub.
Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.