23 
noy
2023
10:25
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Araz çayının sahilindən müxtəlif növ silah-sursat tapıldı - FOTO

23 noy, 2023
10:25
1169

İmişli Rayon Polis Şöbəsinə Araz çayının rayon ərazisindən keçən hissəsinin sahilində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 23 ədəd daraq və 467 ədəd patron aşkarlanaraq götürülüb.
Həmçinin son iki gün ərzində şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 4 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.


Bizimlə əlaqə saxlayın