29 
noy
2023
21:20
67

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

29 noy, 2023
21:20
967

Mingəçevirdə qeydə alınan zəlzələdə dağıntı qeydə alınmayıb, xəsarət alan yoxdur.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4,5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
20:08
Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Gəncə, Yevlax, Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
20:03
Azərbaycanda zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri çoxsaylı paylaşımlar ediblər.
Zəlzələnin Mingəçevir, Gəncə və Yevlax rayonlarında hiss edildiyi bildirilir

Bizimlə əlaqə saxlayın