29 
noy
2023
20:00
62

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Balakəndə iki avtomobil toqquşdu: Ölənlər və yaralananlar var - FOTO

29 noy, 2023
20:00
1162

Balakəndə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinindən verilən məlumata görə, hadisə bu gün noyabrın 29-da saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində qeydə alınıb.
Belə ki, Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi iki “Mercedes-Benz” markalı avtomobil toqquşub.
Nəticədə iki sərnişin - 1974-cü il təvəllüdlü Şərif kənd sakini Şaban Cuma oğlu Elayev və 1997-ci il təvəllüdlü Hənifə kənd sakini Günay Rövşən qızı İsmayılova ölüb, hər iki sürücü və digər üç sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın