23 
apr
2022
10:42
87

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Müstəntiqin qətlə yetirdiyi nişanlısı polis imiş

23 apr, 2022
10:42
987

Nərimanov rayonunda polisin nişanlısını öldürüb, daha sonra intihar etməsi ilə bağlı yeni xəbər var.
Turkdunyasi.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Günay Cabbarova Daxili İşlər Nazirliyi Tibb İdarəsində çalışırmış.
Serjant rütbəsini daşıyan Günay uroloq imiş.
Qeyd edək ki, ötən gün 1989-cu il təvəllüdlü polis mayoru, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Tural Akif oğlu Aslanov Nərimanov rayonu ərazisindəki evlərin birində qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirib. O daha sonra intihar edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın