23 
apr
2022
10:52
62

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda "FƏRQLİ" SOYĞUN: "şikar"ını maşınla sürüdü

23 apr, 2022
10:52
962

Bakıda soyğunçuluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 22-i Q.Qarayev prospektində paytaxt sakini O.Həsənovun mobil telefonunu alan şəxs “Hyundai” markalı avtomobili ilə qaçarkən onu sürüyüb. Bu barədə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mehdiyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın