24 
apr
2022
01:10
116

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda gənc icarəyə götürdüyü maşını maneələrə ÇIRPDI: Vəziyyəti ağırdır

24 apr, 2022
01:10
9116

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Əmircan qəsəbəsində 24 yaşlı Rəvan Əliyev icarəyə götürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maneələrə çırpılıb.
Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ ayağın yerdəyişən sınığı diaqnozu qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.

Bizimlə əlaqə saxlayın