29 
apr
2024
22:40

106
yuxarı
Göyçay sakini döyülərək öldürüldü, oğlu saxlanıldı

29 apr, 2024
22:40
10106
Göyçay sakini döyülərək öldürülüb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Eynulla Sahabqulu oğlu Əhmədovun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.